Xəbər verdiyimiz kimi, Azərbaycanda diplom və attestatlar artıq kağız üzərində təqdim edilməyəcək. Hər biri elektron formada olacaq. Bu qərardan sonra həm şagirdlərə, həm də tələbələrə maraqlıdır ki, “qırmızı diplom”, “qırmızı attestat” dövrü də başa çatdı?
Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib. Ekspert bildirib ki, diplomlar, attestatlar kağız formasında olmasa da, fərqlənmə ilə bitirildiyi elektron formada qeyd olunacaq.
“Artıq illərdir ki, dünyada dövlət sənədləri kağız daşıyıcılarla verilmir, hər biri elektron qayda da verilir. Fərqlənmə diplomu, attestatı elektron qaydada təqdim olunacaq”.
“Diplomla şəkil çəkdirib, paylaşmaq geridə qalır”.
“Yəni, kimsə fərqlənmə diplomu ilə bitiribsə, bu, elektron qaydada qeyd olunacaq. Şəxsi işəgötürən də elektron formada onu görəcək. Kağız daşıyıcılar əsri başa çatdı” - deyə Elçin Əfəndi qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:00 / 17.01.2026
Qırmızı diplomlar tarixə QOVUŞUR?
Hazırda oxunan: Qırmızı diplomlar tarixə QOVUŞUR?
Hazırda oxunan: Qırmızı diplomlar tarixə QOVUŞUR?
591117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































