Goranboyda mal-qaraya çırpılan "VAZ 2107" markalı avtomobildə xəsarət almış Xocalı rayon sakinləri, 1998-ci təvəllüdlü sürücü Fərid Əliyev, 1971-ci təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanovanın sağlamlıq durumu açıqlanıb.
Bizim.Media xəbər verir ki, 16 yanvar 2026-cı il tarixində saat 9:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Onların müalicəsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:14 / 16.01.2026
Goranboyda qəzaya düşənlər Xocalı sakinləridir – ADLAR
Hazırda oxunan: Goranboyda qəzaya düşənlər Xocalı sakinləridir – ADLAR
Hazırda oxunan: Goranboyda qəzaya düşənlər Xocalı sakinləridir – ADLAR
591079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































