Polis Akademiyasında çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: Polis Akademiyasında çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

591064

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında professor-müəllim (mülki) heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
 

O bildirib ki, hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Azərbaycan dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.


Əlavə edilib ki, elmi dərəcə və elmi ada malik şəxslərə, elmi-pedaqoji təcrübəsi olan mütəxəssislərə üstünlük veriləcək.

"İşə qəbul prosesi DİN tərəfindən müəyyən edilmiş qaydada, şəffaf və obyektiv əsaslarla həyata keçirilir. Yalnız vakant vəzifələrin tələblərinə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar", - deyə məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin