Goranboyda yol qəzası 3 nəfərin xəsarəti ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd yolunda olub.
Bildirilir ki, 1998-ci təvəllüdlü Fərid Əliyevin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili hərəkətdə olarkən yol kənarında gedən mal-qaraya çırpılıb.
Qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin müxtəlif bədən xəsarətləti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu


































































































