Bu şəxslər metroda əlavə pul ödəyəcək

Hazırda oxunan: Bu şəxslər metroda əlavə pul ödəyəcək

591030

Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulur.

Bizim.Media “metbuat.az”a istinadla xəbər verir ki, bu qayda Nazirlər Kabinetinin qərarına əsaslanır.

Qaydalara görə, ölçülərinin cəmi 121 santimetrdən 200 santimetrə qədər olan əl yükləri, eləcə də yalnız uzunluğu 151 santimetrdən 220 santimetrədək olan uzun əşyalar metroda daşına bilər, lakin bu halda əlavə gediş haqqı ödənilməlidir. Göstərilən hədlərdən artıq ölçüyə malik əşyaların isə metroya gətirilməsinə icazə verilmir.

Qeyd edək ki, gündəlik istifadə üçün nəzərdə tutulan kiçik çantalar və normal ölçülü əl yükləri üçün əlavə ödəniş tələb olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin