İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər: Kimlər getdi?

Hazırda oxunan: İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər: Kimlər getdi?

590988

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlər məlum olub.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizədlər müəyyənləşib.
 

İdman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.


Bununla da məlum olub ki, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, professor Yusif Babanlı Şuranın növbəti tərkibində yer almayacaq.

Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova da İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasınn üzvləri sırasında olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin