Sabunçu–Zabrat yolu niyə İŞIQLANDIRILMIR? – Üç qurum ÜZ-ÜZƏ

Hazırda oxunan: Sabunçu–Zabrat yolu niyə İŞIQLANDIRILMIR? – Üç qurum ÜZ-ÜZƏ

590971

Bakının Sabunçu rayonu ərazisində Zabrata gedən yolunun yaxşı işıqlandırılmaması barədə şikayətlər var. Bununla bağlı vətəndaşlar sosial şəbəkə hesablarında paylaşım edib.

İstifadəçilərin sözlərinə görə, xüsusilə axşam saatlarında sürücülərin yolu görməsi çətinləşir və qəza şəraiti yaranır.

Məsələ ilə bağlı əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.

Qurumdan Sabunçu Rayon İcra Hakimiyyətinə yönləndirildik. İcra hakimiyyətindən isə Bizim.Media-ya bildirildi ki, problem Küçə İşıqları İdarəsi tərəfindən tənzimlənir. Sözügedən idarəyə isə etdiyimiz zənglər cavabsız qaldı.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında bildirib ki, ümumilikdə yolların işıqlandırılması yol hərəkəti təhlükəsizliyi baxımından çox vacib bir məsələdir:

“Təəssüf ki, Azərbaycanda yol-hərəkəti təhlükəsizliyinə diqqət yüksək səviyyədə deyil. Həssas yanaşma yoxdur, bəzən məsuliyyətsizlik müşahidə edilir. Nəticə etibarilə bundan sürücülər ziyan çəkir. Qəzaya düşürlər, qayda pozurlar, piyada vururlar. İşıqlandırılmayan yolların bu cür neqativ tərəfləri var.

Bu məsələyə aidiyyəti qurumlar normal yanaşmalıdırlar, yolların işıqlandırılması vacib məsələdir. Bu məsələyə dırnaqarası baxmaq, səthi yanaşmaq olmaz. Yol-nəqliyyat hadisələrinin ümumi analizini aparanda görürük ki, ölüm və xəsarətlə nəticələnən hadisələrin 47 faizi günün qaranlıq və toran vaxtında baş verir. Bu o deməkdir ki, işıqlandırma olsa, bu qədər adam ölməz.

İnsan həyatı qıraqda qalıb, bəzi məmurlar ancaq ciblərini güdür ki, yox, orada işıq yandırsaq, çox pul yazacaq. Bəs onlar fikirləşmirmi ki, bu qədər insanın taleyi yolda qırılır, bu qədər insan ölür, buna etinasız yanaşmaq olarmı? Bu nə qədər vicdansız münasibətdir ki, bunu göstərirlər?”



Naibə Məmmədova, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin