Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
MÖVZU İLƏ BAĞLI:
Polis əməkdaşları Binəqədidəki yanğına CƏLB OLUNDU
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.
***15:13
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.




Bizim.Media


































































































