Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
"Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir", - Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi gözlənilir.
“Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:17 / 15.01.2026
Hava yenə dəyişir: Bu tarixdən temperatur 8 dərəcə enəcək, qar yağacaq – XƏBƏRDARLIQ
Hazırda oxunan: Hava yenə dəyişir: Bu tarixdən temperatur 8 dərəcə enəcək, qar yağacaq – XƏBƏRDARLIQ
Hazırda oxunan: Hava yenə dəyişir: Bu tarixdən temperatur 8 dərəcə enəcək, qar yağacaq – XƏBƏRDARLIQ
590936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































