Magistratura imtahanlarında dəyişiklik edildi - RƏSMİ

Hazırda oxunan: Magistratura imtahanlarında dəyişiklik edildi - RƏSMİ

590915

Magistratura səviyyəsi üzrə qəbul imtahanlarında esse tipli yazı tapşırıqlarının qiymətləndirilməsində dəyişiklik edilib. Bu ildən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər üçün essedə bal məhdudiyyəti tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, yeni qaydalara əsasən, bu ildən etibarən tədrisi ingilis və ya alman dilində olan ixtisaslaşmaları ərizəsində qeyd etmək istəyən bakalavrlar esse yazmalı və bu tapşırıqdan minimum 2 bal toplamalıdırlar. Belə ki, yalnız bu şərti ödəyən namizədlər həmin ixtisaslaşmaları seçimlərinə əlavə edə biləcəklər.

DİM-dən verilən məlumata görə, tədrisi Azərbaycan və ya rus dilində aparılan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) üzrə nəticəyə hər hansı bal məhdudiyyəti tətbiq edilmir.

Xatırladaq ki, bir neçə ildir xarici dil fənni üzrə imtahanda iştirakçıların yazı bacarıqları esse vasitəsilə yoxlanılır. İndiyədək iştirakçılar esse tapşırığından maksimum 5 bal toplaya bilirdilər və essenin yazılması məcburi hesab edilmirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin