“Ünvanlı sosial dövlət yardımın məbləği ehtiyac meyarı əsasında müəyyənləşir. Bu il üçün ehtiyac meyarı 285 manatdan 300 manata çatdırılıb. Bu da fərdi qaydada hesablanan yardım məbləğində özünü göstərəcək”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu il dövlət büdcəsindən ünvanlı sosial dövlət yardımın ödənilməsi üçün 468 milyon manat ayrılıb. Ötən il isə DSMF dövlət büdcəsi vəsaiti hesabına 420 milyon manat məbləğində ünvanlı sosial yardımların maliyyələşdirilməsinə vəsait sərf edib.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:02 / 15.01.2026
Sosial yardımlarla bağlı ŞAD XƏBƏR
Hazırda oxunan: Sosial yardımlarla bağlı ŞAD XƏBƏR
Hazırda oxunan: Sosial yardımlarla bağlı ŞAD XƏBƏR
590905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































