Gəncədə qadın kəsici alətlə xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
1989-cu il təvəllüdlü Kəmalə Əsgərova bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyata götürülüb, hazırda həkimlərin nəzarəti altında müalicəsi davam etdirilir.
37 yaşlı qadının kim tərəfindən və hansı səbəbdən xəaarət alması hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

































































































