Sumqayıt avtobusları kart sisteminə nə vaxt KEÇƏCƏK? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Sumqayıt avtobusları kart sisteminə nə vaxt KEÇƏCƏK? – RƏSMİ AÇIQLAMA

590789

Sumqayıtda sərnişin daşıyan avtobusların kart sisteminə keçidi uzun sürməyib. Ödənişin nağdsız şəkildə ödənilməsinə tam olaraq 2021-ci ilin sentyabrında başlanılıb, heç iki ay bitməmiş 200-dən çox avtobusda quraşdırılan validatorların yararsız olması səbəbindən nağdsız ödəniş sistemi ləğv edilib.

Üç ildən çoxdur ki, şəhər sakinləri gedişhaqqını köhnə üsulla ödəməyə davam edirlər. Sakinlərin sözlərinə görə, şəhərdə fəaliyyət göstərən, xüsusilə, mərkəzdən şəhər kənarına hərəkət edən avtobuslar müasir standartlara cavab vermirlər.

Kartla ödəniş sistemi müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir.

Sumqayıtda marşrut avtobusları nə zaman kart sisteminə keçəcək? Gedişhaqqını nağdsız ödəmək hansı zamandan mümkün olacaq?

Bu barədə Bizim.Media-nın sorğuuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı iş aparılır:

“Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur. Lakin konkret tarixlə bağlı AYNA tərəfindən heç bir açıqlama bundan öncə olmayıb”.

Qeyd edilib ki, hazırda Sumqayıtda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir, marşrut şəbəkəsinin optimallaşdırılması üçün nəqliyyat planı hazırlanır.

Xatırladaq ki, iki ay öncə Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən saytımıza yanvar ayından Sumqayıtda fəaliyyət göstərən marşrut avtobuslarında nağdsız ödəniş üsuluna keçidin baş tutacağı bildirilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin