Sumqayıtda "Yaşıl dərə" sakinlərinin yol probleminə RƏSMİ REAKSİYA - FOTO

Hazırda oxunan: Sumqayıtda "Yaşıl dərə" sakinlərinin yol probleminə RƏSMİ REAKSİYA - FOTO

590774

Sumqayıt şəhərinin "Yaşıl dərə" adlanan ərazisində yaşayan sakinlər yolların bərbad vəziyyətdə olmasından narazılıq edirlər.

Bizim.Media xəbər verir ki, oxu.az-a daxil olan şikayətdə bildirilir ki, ərazidə yaşayış evləri olmasına baxmayaraq, məhəllədaxili yollar uzun müddətdir təmir edilmir. Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı havalarda küçə ilə hərəkət demək olar ki, mümkün olmur.
 

"Yağış yağanda nə taksilər, nə də təcili tibbi yardım avtomobilləri əraziyə daxil olmaq istəmir. Uzun illərdir burada yaşayırıq, amma aidiyyəti qurumlar yolun nə vaxt təmir olunacağı ilə bağlı bizə heç bir məlumat vermir", - deyə sakinlər şikayətdə vurğulayıblar.


Sumqayıt şəhər bələdiyyəsindən bildirilib ki, sözügedən ərazi Sumqayıt şəhəri "Yaşıl dərə" yaşayış massivinin birinci məhəlləsinə aid olan məhəllədaxili yoldur.

"Həmin ərazidə müxtəlif dövrlərdə zəruri təmir işləri həyata keçirilib. Cari il ərzində Sumqayıt şəhəri "Yaşıl dərə" yaşayış massivində mərhələli şəkildə kompleks asfaltlanma işlərinin aparılması nəzərdə tutulub.

Layihənin icrası çərçivəsində yaşayış massivinin digər məhəllədaxili yollarında olduğu kimi, qeyd olunan küçədə də asfaltlanma işlərinin aparılması planlaşdırılır", - deyə məlumatda bildirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin