Həmin şəxslər bu ölkələrə vizasız gedə BİLƏCƏK

Hazırda oxunan: Həmin şəxslər bu ölkələrə vizasız gedə BİLƏCƏK

590770

“Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu təsdiqləyib.
 

Qanuna əsasən, 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.


Həmçinin dövlət başçısının imzaladığı digər Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Sözügedən saziş də 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin