Xınalıqda uşaqların qar sevinci – VİDEO

Hazırda oxunan: Xınalıqda uşaqların qar sevinci – VİDEO

590724

Qubanın Xınalıq kəndinə 30 sm-ə yaxın qar yağıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bununla belə kənd öz adi həyatını yaşayır.
 

Belə ki, qarın yağması dağ kəndində həyat tərzinə mane olmur. Kimi mal-qarasını təmiz qar havasına çıxarır, tövlədə otunu verir, kimi məktəbə, digər iş yerinə gedir. Məktəbli uşaqlar isə tənəffüsdə imkan tapıb qartopu oynayırlar.


Rayon mərkəzindən Xınalığa gələn yolda qarın çox olması səbəbindən problem yaranıb. Yol bağlı olmasa da, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaşanır.

Quba 5 saylı Yol İstismar İdarəsinin işçiləri yolun qardan təmizlənməsi işlərini aparır.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin