Sabiq icra başçısı “Ağçiçəyim”dən 200 min manat istəyib? - Hacı Ceyhundan açıqlama

Hazırda oxunan: Sabiq icra başçısı “Ağçiçəyim”dən 200 min manat istəyib? - Hacı Ceyhundan açıqlama

590713

Nəsimi rayonunun sabiq icra başçısı Elxan İbrahimovun “Ağçiçəyim” mağazalar şəbəkəsindən 200 min manat rüşvət istədiyinə görə işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, “Ağçiçəyim” mağazalar şəbəkəsinin rəhbəri Ceyhun Əliyev sözügedən xəbərlərlə bağlı “manset.az”a açıqlama verib.

O, yayılan məlumatların tamamilə yalan olduğunu bildirib:

“Ata canı, vallah, o məndən rüşvət istəməyib. Mən onun barəsində heç yerə şikayət etməmişəm. O, yeni təyin olunmuşdu, bizim onunla heç bir münasibətimiz olmayıb.
 

Bilmirəm bu məlumatı kim və hansı məqsədlə yayıb. Mənim adımı niyə hallandırırlar? Biz elə işlərlə məşğul deyilik. Bu il fəaliyyətimizin 30 ili tamam olur, bu müddətdə nə qədər icra başçısı görmüşük.


Biz hər zaman dövlətə sadiq olmuşuq, dövlət tədbirlərinin bəzədilməsində iştirak etmişik. Həmin şəxsin də bizə heç bir pisliyi dəyməyib. Mən nə üçün şikayət etməliyəm?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin