Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var

Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var

590692

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, 1995-ci il təvəllüdlü Qurbanov Ramil Famil oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.


Həkimlər onun vəziyyətinin orta ağır qiymətləndirirlər. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin