Bu məcburi köçkünlərin “yardım pulu” dayandırılır

Hazırda oxunan: Bu məcburi köçkünlərin “yardım pulu” dayandırılır

590691

Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinin 3 ili başa çatan vətəndaşların məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirlərindən istifadəsi dayandırılır.

Bizim.Media xəbər verir ki, bu barədə milli.Az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
 

Bildirilib ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 3-cü maddəsinə uyğun olaraq, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəştlər və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddətdə qüvvədədir.


“Qanuna əsasən, məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən üç il müddətində tətbiq olunur”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağalı kəndinə 2022-ci il iyulun 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin