Beşinci övladını evdə dünyaya gətirdi – VİDEO

Hazırda oxunan: Beşinci övladını evdə dünyaya gətirdi – VİDEO

590685

Yasamal rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yayıb.
 

Bildirilib ki, çağırış ünvanında 1991-ci il təvvəllüdlü, 40 həftəlik hamilə olan qadının 5-ci doğuşu təcili tibbi yardım briqadasının nəzarəti altında baş tutub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.


Briqada tərəfindən ana və yenidoğulmuşa (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub.

Körpənin çəkisi 3 kq 300 qram, boyu 51 sm-dir. Ana və yenidoğulmuşun vəziyyəti qənaətbəxş qiymətləndirilir. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin