Həmkarını öldürən müəllim YENİDƏN məhkəmə qarşısında

Hazırda oxunan: Həmkarını öldürən müəllim YENİDƏN məhkəmə qarşısında

590674

Gəncədə adam öldürmə və adam öldürməyə cəhddə təqsirləndirilən Kamal Bayramovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bizim.Media xəbər verir ki, hazırda şikayət Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: 11 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.
 

Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Ə.Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü K.Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Ə.Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Niyazi və Kamal xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qətli törətməkdə şübhəli bilinən K.Bayramov öldürülən Ə.Bayramovla qohum olub. O, hətta bir müddət Əlinin evində qalıb. Tərəflər arasında münaqişə isə borc pul üstündə olub. Belə ki, Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 000, ikinci dəfə isə 2 700 manat alıb, amma pulları geri qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.
 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, onun 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 18 ilə endirilib.


Xatırladaq ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə İngilis dili müəllimi işləyib. Hadisə zamanı digər bıçaqlanan Niyazi isə Kamalın qardaşıdır. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin