Şəhid zabitin atası vəfat etdi

Hazırda oxunan: Şəhid zabitin atası vəfat etdi

590662

Vətən müharibəsi şəhidi leytenant Murtuz Abbasovun atası vəfat edib.

Bizim.Media xəbər verir ki, şəhidin atası Çingiz Abbasov yaşadığı Lerik rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
 

Qeyd edək ki, M.Abbasov 1998-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Binəqədi rayonu Sulutəpə qəsəbəsində 313 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olan Murtuz 2020-ci ildə ali hərbi təhsilini başa vuraraq leytenant kimi Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında taqım komandiri kimi xidmətə başlayıb.


O, 22 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonu ərazisində Vejnəli qızıl mədəninin qaytarılması üçün Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşüb.

Bu zaman leytenant Abbasov 6 nəfər yoldaşı ilə birlikdə döyüşü öz üzərlərinə çəkərək bölüyün qalan heyətinin atəş altından çıxmasına şərait yaradıb. 30 nəfərin yaralandığı döyüşdə Murtuzla birlikdə bölüyün daha 6 hərbçisi qəhrəmancasına şəhid olub.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin