Bu bölgəmizdə temperatur 10 dərəcəyə kimi endi – FOTO/VİDEO

Hazırda oxunan: Bu bölgəmizdə temperatur 10 dərəcəyə kimi endi – FOTO/VİDEO

590660

Ötən gün axşam saat 21 radələrindən başlayaraq Şimal-Qərb bölgəsinin əksər rayonlarında yağış yağıb. Gecə saatlarında bir qədər sürətini artıran yağış sonradan sulu qar və qara çevrilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən bir neçə gündə bölgə rayonlarında havanın temperaturu 10-12 dərəcə təşkil etdiyi halda bu gecədən başlayaraq aşağı enməyə başlayıb və tədricən mənfiyə düşüb.
 

Səhər saatlarında bölgənin dağlıq və dağətəyi yaşayış məntəqələrində havanın temperaturu mənfi 2 ilə 3 dərəcə arasında dəyişib. Bu saatlarda bölgənin dağlıq ərazilərinə qar yağmasına baxmayaraq havanın temperaturu müsbətə doğru dəyişir.


Qeyd edək ki, bölgə ərazisində qeyri-sabit hava şəraiti hökm sürsə də enerji sarıdan heç bir problem qeydə alınmayıb. Bölgədən keçən avtomobil yolları və magistrallarda qarın elə də təsiri müşahidə olunmur, nəqliyyatın hərəkətində heç bir çətinlik yoxdur.

Qeyri-sabit hava şəraitinin gün ərzində davam etməsi gözlənilir.











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin