Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır – VİDEO

Hazırda oxunan: Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır – VİDEO

590652

Hazırda Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır.

Bizim.Media xəbər verir ki, kəskin hava şəraiti səbəbindən yollarda bəzi çətinliklər müşahidə edilir.
 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.


Bundan başqa, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

Eyni zamanda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb.

Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.

Daha ətraflı BAKU TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin