Tovuzda 2 yük maşını toqquşdu - Sürücülər xəstəxanalıq oldu

Hazırda oxunan: Tovuzda 2 yük maşını toqquşdu - Sürücülər xəstəxanalıq oldu

590644

Tovuzda iki yük avtomobilinin toqquşması nəticəsində xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində hərəkətdə olan “Mercedes” və “KamAZ” markalı yük avtomobilləri toqquşub.

Qəza zamanı zərbənin təsirindən avtomobillərdən biri yoldan kənara çıxıb.

Hadisə zamanı hər iki yük avtomobilinin sürücüsü, 1975-ci il təvəllüdlü M. İsmayılov və 1975-ci il təvəllüdlü İ. Mirəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. 

Qəza baş verən əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin