Bakıda arvadını bıçaqlayan Əfqanıstan vətəndaşına 16 illik HƏBS CƏZASI

Hazırda oxunan: Bakıda arvadını bıçaqlayan Əfqanıstan vətəndaşına 16 illik HƏBS CƏZASI

590637

Bakıda həyat yoldaşını qətlə yetirməkdə və tanışını yaralamaqda təqsirləndirilən Əfqanıstan vətəndaşı Səməndər Səfayinin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda tərəflər arasında barışıq əldə edildiyi bildirildikdən sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə müşavirədən sonra hökmü elan edərək Səməndər Səfayini 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2025-ci il iyulun 9-da paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Qəsəbə sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

Binəqədi Rayon Prokurorluğunda aparılmış araşdırmalarla zərərçəkmişin əri, Əfqanıstan vətəndaşı Səməndər Səfayinin mübahisə zamanı arvadını qısqanclıq zəminində bıçaqlayaraq öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin