Yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər HƏBS EDİLDİLƏR

Hazırda oxunan: Yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər HƏBS EDİLDİLƏR

590632

Beyləqanda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli qismində saxlanılan şəxslər barəsində qərar verilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bununla bağlı təqdimata Beyləqan Rayon Məhkəməsində baxılıb.

Qərara əsasən, təqdimat təmin edilib, Hikmət Əkbərli, İkram Süleymanlı, Həzi Sadıqov, Xəyal Qəhrəmanov, Elgün Aslanlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

Qeyd edək ki, Beyləqan rayonunda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb və keçirilən əməliyyatla 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.


Onlara qarşı Cinayət Məcəlləsinin 152.4.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin