Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Hazırda oxunan: Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

590624

Yanvarın 14-də Naxçıvan şəhərində "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu səbəbdən 110/35/10 kV-luq Koroğlu yarımstansiyasından çıxan 10 kV-luq "Yeni Naxçıvan" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Eyni zamanda, milli SCADA sisteminin qurulması məqsədilə 377 nömrəli transformator yarımstansiyasında yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində saat 11-dən 13-dək elektrik enerjisinin verilişində fasilə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin