Cəlilabadda məktəb direktoru idarə etdiyi avtomobillə piyadanı vurdu

Hazırda oxunan: Cəlilabadda məktəb direktoru idarə etdiyi avtomobillə piyadanı vurdu

590602

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Bədirli kəndi ərazisində qeydə alınıb. 

Babaxanlı kənd sakini, Zeynalov Ziyatay Uruf oğlunun idarə etdiyi avtomobil Bədirli kənd sakini Əliyev Xudu Abdulla oğlunu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
 

Məlumata görə, avtomobili idarə edən Zeynalov Ziyatay Uruf oğlu Babaxanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.


Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin