Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin sabiq idarə rəisi ilə bağlı QƏRAR

Hazırda oxunan: Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin sabiq idarə rəisi ilə bağlı QƏRAR

590588

Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq idarə rəisi Məlikməmməd Qurbanovun cəzası azaldılıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Qərara əsasən, onun cəzası 6 il 6 aydan 6 ilə endirilib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
 

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub.


Daha sonra apellyasiya protestinə əsasən, Bakı Apellyasiya Məhkəməsi Məlikməmməd Qurbanovun cəzasını 2 il 6 ay çoxaldıb.

Apellyasiya məhkəməsi Məlikməmməd Qurbanovun üzərində qəti olaraq 6 il 6 ay cəza saxlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin