13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ARB" kanalının efirində "Media haqqında" Qanunun pozulması faktı müzakirə olunub.
Bu barədə Bizim.Media-ya Audiovizual Şuradan məlumat verilib.
Belə ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Beləliklə, "Media haqqında" Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş verib və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul ediblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:53 / 13.01.2026
ARB-nin yayımı DAYANDIRILIR
Hazırda oxunan: ARB-nin yayımı DAYANDIRILIR
Hazırda oxunan: ARB-nin yayımı DAYANDIRILIR
590567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































