Bakıda orta məktəbdə istiliyin olmamasına AYDINLIQ GƏTİRİLDİ

Hazırda oxunan: Bakıda orta məktəbdə istiliyin olmamasına AYDINLIQ GƏTİRİLDİ

590558

Bakıdakı 311 nömrəli tam orta ümumtəhsil məktəbində istiliyin verilməsində yaranan fasilə valideynlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, valideynlər havaların soyuq keçdiyi bir vaxtda məktəbdə istiliyin olmaması səbəbindən uşaqların tez-tez xəstələndiyini bildiriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, məktəbə istiliyin verilməsi bir neçə saatlıq dayandırılıb:

"Yanvarın 12-də 311 nömrəli tam orta ümumtəhsil məktəbini istiliklə təmin edən qazanxanaya qazın verilməsində problem yarandığı üçün məktəbin istilik təminatı bir neçə saatlıq qismən məhdudlaşdırılıb.

Məsələ nəzarətə götürülüb, qısa müddətdə qarşıya çıxan problemin həlli üçün zəruri tədbirlər görülüb və istiliyin verilməsi bərpa olunub". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin