İşıq sayğaclarının balansını mobil telefonla artırmaq mümkün olacaq – Tətbiq hazırlandı 

Hazırda oxunan: İşıq sayğaclarının balansını mobil telefonla artırmaq mümkün olacaq – Tətbiq hazırlandı 

59055

“Azərişıq” ASC tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir.  

Bizim.Media quruma istinadən xəbər verir ki, NFC sayğaclara abonent mobil telefon ilə ödəniş edə bilər. 

Bununla da vətəndaş üçün ödəniş proseduru daha da rahat və asanlaşmış olur. 

İstifadə üçün telefona “Azərişıq” mobil tətbiqi endirilməlidir. Bu tətbiqdən istifadə etməklə balans artırılır, daha sonra yüklənəcək məbləğ qeyd olunur və telefonu sayğaca yaxınlşadıraraq ödəniş edilir.

Bu yenilik sayəsində abonent elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək. 
NFC sayğacların digər müsbət tərəflərindən biri də odur ki, artıq “Azərişıq” əməkdaşı tərəfindən ünvanda sayğacın aylıq oxunmasına da ehtiyac qalmır. Bu da abonentlə nəzarətçi arasında fiziki təması aradan qaldırır və şəffaflığı tam təmin edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin