Başı kəsilən qızın şəkli - FOTO

Hazırda oxunan: Başı kəsilən qızın şəkli - FOTO

59054
Dünəndən bəri Azərbaycanı dəhşətə gətirən qətldən daha bir xəbər var. Moderator.az -ın məlumatına görə, simsar.az ötən gecə dəhşətli şəkildə bacısı tərəfindən qətlə yetirilən 20 yaşlı Günel Nuriyevanın fotosunu əldə edib.

Faciənin dəhşətli məqamı isə qətlin səbəbi olub. Belə ki, istintaq qrupundan lent.az-a bildirilib ki, P.Nuriyeva ilkin ifadəsində bacısının cinsi azlıq nümayəndəsi olduğunu söyləyib. O deyib ki, G. Nuriyeva evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş. O, kiçik bacısından bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib. Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.


Baş Prokurorluq Bakıda 20 yaşlı qızın bacısı tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Oktyabrın 22-də saat 16-radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq eskpertizalar təyin edilmiş, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G.Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin