Hələbdə terrorçuların gizli tunellərinin görüntüləri yayıldı - VİDEO

Hazırda oxunan: Hələbdə terrorçuların gizli tunellərinin görüntüləri yayıldı - VİDEO

590534

"Haber Global" Hələb şəhərinin terrorçulardan təmizlənmiş Şeyx Maqsud və Əşrəfiyyə məhəllələrində son vəziyyəti paylaşıb.

Bizim.Media xəbər verir ki, "Haber Global" "YouTube" kanalı bununla bağlı videosüjet dərc edib.

Telekanal əməkdaşları terror təşkilatının geridə qoyduğu gizli tunellərə və obyektlərə giriblər.

"Suriyanın Hələb şəhərinin Şeyx Maqsud və Əşrəfiyyə məhəllələri YPG/SDQ (Suriya Demokratik Qüvvələri) terrorçularından təmizlənib. Ancaq Suriya ordusu terrorçuların qoyub getdiyi tələlərin aşkarlanması və zərərsizləşdirilməsi işlərini davam etdirir. Terror təşkilatının yerləşdiyi obyektlərdən biri də Şeyx Maqsud məhəlləsindəki Yasin xəstəxanası olub ki, terrorçular xəstəxananın hər otağını partlayıcı maddələrlə doldurublar.

Terror təşkilatının istifadə etdiyi obyektlərdən biri də Şeyx Maqsud məhəlləsindəki Həsən məscidi olub. Terrorçular məscidi hərbi bazaya çeviriblər.

Terrorçuların nəzarətlərindəki bir çox yerlər kimi Şeyx Maqsudda da gizli tunellər inşa etdiyi ortaya çıxıb. Həmin tunellər terrorçuların yerləşdiyi Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini birləşdirir. Şeyx Maqsuddan tunelə girən terrorçular Əşrəfiyyədən çıxa bilirdilər", - deyə materialda bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin