Şəkidə ölən körpənin ailəsi Rusiyadan toya gəlibmiş – TƏFƏRRÜAT

Hazırda oxunan: Şəkidə ölən körpənin ailəsi Rusiyadan toya gəlibmiş – TƏFƏRRÜAT

590526

Şəkidə baş verən körpə ölümünün səbəbləri açıqlanıb. Rusiyada yaşayan ailə doğma kəndlərinə toy məclisində iştirak etmək üşün gəlibmiş. Ailə körpəni əvvəlcə Qax, daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına aparıbmış.

Şəki Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə dünən saat 23:00 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) ailə üzvləri tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Körpədə həyat əlamətləri müşahidə olunmayıb, bəbəklər genişlənib, hər hansı xarici reaksiyaya cavab verməyib və dodaqlar göyərmiş vəziyyətdə olub.

Azyaşlının bioloji ölüm faktı həkim heyəti tərəfindən təsdiqlənsə də, ailə üzvləri onun ölüm faktını qəbul etməyərək saat 23:40 radələrində tibb müəssisəsini tərk ediblər.

Daha sonra ailə üzvləri tərəfindən azyaşlı gecə saat 00:20 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Həkim heyəti tərəfindən onun bioloji ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin