2026-cı ilin ilk dövlət qulluğu imtahanı: 1500-ə yaxın namizəd var

Hazırda oxunan: 2026-cı ilin ilk dövlət qulluğu imtahanı: 1500-ə yaxın namizəd var

590518

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il yanvarın 15-də dövlət qulluğu vəzifələri üzrə növbəti test imtahanlarının keçiriləcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, imtahanlar dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına, həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə təşkil ediləcək.

Bildirilib ki, imtahanlar saat 10:00 və 16:00-da başlayacaq. Namizədlərin diqqətinə çatdırılıb ki, imtahanın başlanmasından 15 dəqiqə öncə (müvafiq olaraq saat 09:45 və 15:45) imtahan binasına gəlməyənlər binaya buraxılmayacaqlar.
 

Qeyd edək ki, imtahanlar üçün qeydiyyat prosesi 2025-ci il dekabrın 19-dan 2026-cı il yanvarın 4-dək davam edib və bu müddət ərzində 1 489 namizəd iştirak üçün ərizə təqdim edib. Bu rəqəm dövlət qulluğu vəzifələrinə marağın yüksək olduğunu bir daha təsdiqləyir. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər artıq DİM-in rəsmi internet saytına (dim.gov.az) daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.


Buraxılış vərəqələrində namizədlər üçün imtahanın keçiriləcəyi yer, vaxt, bina və digər vacib məlumatlar qeyd olunub. İmtahana gələrkən namizədlər mütləq şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni özləri ilə gətirməlidirlər.

İmtahanlar elektron formada, müasir kompüter texnologiyalarından istifadə edilməklə, Bakı və Naxçıvan şəhərlərində ümumilikdə iki binada təşkil olunacaq. İmtahanların şəffaf və nizam-intizamlı keçirilməsi üçün iki ümumi imtahan rəhbəri, 16 zal admini, 97 nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin