Azərbaycanda "Starlink"in istifadə edildiyi SAHƏLƏR

Hazırda oxunan: Azərbaycanda "Starlink"in istifadə edildiyi SAHƏLƏR

590516

Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) təqdim etdiyi peyk rabitə xidmətləri çərçivəsində, Starlink texnologiyası bəzi hallarda əlavə və ehtiyat rabitə həlli kimi nəzərdən keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”ın sorğusuna cavab olaraq "Azərkosmos"dan bildirilib.

Qeyd olunub ki, xüsusilə dənizçilik (maritime) layihələrində müştərilərə əsas peyk xidmətləri ilə yanaşı alternativ rabitə vasitəsi kimi təklif olunması rabitənin davamlılığının təmin edilməsinə töhfə verir.

Bu yanaşma müxtəlif texnoloji həllərin bir-birini tamamlaması prinsipi əsasında müştərilərə daha etibarlı və fasiləsiz rabitə imkanlarının təqdim edilməsinə xidmət edir.

Qeyd edilib ki, Starlink aşağı orbitli peyk qruplaşması üzərindən internetə çıxış imkanı yaradan yeni nəsil rabitə texnologiyalarından biridir. Bu həll xüsusilə yerüstü infrastrukturun məhdud olduğu və ya mövcud olmadığı bölgələrdə internetə çıxışın təmin edilməsi baxımından alternativ imkanlar təqdim edir.

Xidmətin əsas üstünlükləri sırasında qlobal əhatə dairəsi, nisbətən yüksək sürət və aşağı gecikmə göstəriciləri yer alır. Bu xüsusiyyətlər real vaxt rejimində rabitə tələb edən tətbiqlər üçün əlavə imkanlar yaradır. Eyni zamanda, sistemin daşınabilən olması müvəqqəti və səyyar fəaliyyətlər zamanı internetə operativ çıxışı mümkün edir.

Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib. İyun ayında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Starlink Azerbaijan” MMC-ni rəsmi olaraq uçota alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin