Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.
Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə “kələm” formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə - marixuana aşkar edilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:15 / 13.01.2026
Gömrükdə ƏMƏLİYYAT: “Kələm” yükündən narkotik aşkarlandı - FOTO
Hazırda oxunan: Gömrükdə ƏMƏLİYYAT: “Kələm” yükündən narkotik aşkarlandı - FOTO
Hazırda oxunan: Gömrükdə ƏMƏLİYYAT: “Kələm” yükündən narkotik aşkarlandı - FOTO
590505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































