ABŞ-da autizmli insana bənzəyən ilk “Barbie” kuklası satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, “Barbie” kuklaları istehsal edən Amerika şirkəti “Mattel” autizm spektr pozğunluğu olan insana bənzəyən oyuncaq buraxıb.
Bu yeni məhsul daha çox uşağın özünü “Barbie” kimi görməsinə kömək etmək və bütün uşaqları ətraflarındakı dünyanı əks etdirən kuklalarla oynamağa təşviq etmək üçün hazırlanıb.
Kuklanın gözləri bir az kənara yerləşdirilib. Bu da bu xəstəlikdən əziyyət çəkən insanların birbaşa göz təmasından necə qaçındıqlarını əks etdirir.
Bundan əlavə, oyuncağa parça ilə "dərisi" arasında təması minimuma endirmək üçün geniş geyimlər geyindirilib.
“Mattel”in qlobal kukla bölməsinin rəhbəri Ceymi Sayqelman şirkətin addımlarının şirkətin təmsilçilik və inklüzivlik prinsiplərinə sadiqliyinin daha bir təsdiqi olduğunu vurğulayıb.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:24 / 13.01.2026
Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO
Hazırda oxunan: Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO
Hazırda oxunan: Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO
590478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































