Bakı metrosunda yeni tarif? – RƏSMİ AÇIQLAMA VERİLDİ

Hazırda oxunan: Bakı metrosunda yeni tarif? – RƏSMİ AÇIQLAMA VERİLDİ

590477

“Bakı Metropoliteni” QSC-nin maliyyə departamentinin rəisi Kamal Hüseynlinin metroda tarif siyasəti ilə bağlı fikirləri ictimaiyyətdə müzakirələrə səbəb olub.

O deyib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir: “Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər”.

Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri nədən ibarət olacaq? Bu qiymət artımına səbəb ola bilərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Yenisabah.az”ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni”indən bildirilib ki, hazırda ictimai nəqliyyatda vahid tarif modeli qüvvədədir:

“Bununla yanaşı, uzunmüddətli perspektivdə tarif siyasətinin daha ədalətli, əlçatan və iqtisadi cəhətdən balanslı qurulması məqsədi ilə alternativ modellər üzərində analitik işlər aparılır. Bu çərçivədə məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif mexanizmləri beynəlxalq təcrübə əsasında qiymətləndirilir, müxtəlif şəhər metropolitenlərinin tətbiq etdiyi modellər öyrənilir və yerli şərtlərə uyğunluğu təhlil olunur. Aparılan araşdırmalar hazırda qərar qəbuletmə mərhələsində deyil, lakin onların nəticələri gələcəkdə tarif siyasətinin təkamülü üçün analitik əsas formalaşdıracaq”.

Qeyd olunub ki, hazırda aparılan araşdırmalar hər hansı qərarın qəbuluna yönəlməyib və yalnız gələcəkdə tarif siyasətinin formalaşdırılması üçün əsas rol oynayır:

“Hazırda diferensial tarif modelləri üzrə analitik qiymətləndirmə və konseptual müzakirə mərhələsi davam edir. Bu işlərin nəticələri əsasında mümkün modellər üzrə növbəti mərhələdə qərarların formalaşdırılması nəzərdə tutulur. İctimai nəqliyyatda tariflərin tənzimlənməsi prosesi Bakı metropoliteninin səlahiyyətlərinə daxil deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin