Sumqayıt şəhəri, Bulvar küçəsində avtomobildə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA Optima” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib.
Yanğın nəticəsində “Toyota Prius” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:51 / 13.01.2026
Sumqayıtda AĞIR QƏZA – Avtomobil alovlara qərq oldu – VİDEO
Hazırda oxunan: Sumqayıtda AĞIR QƏZA – Avtomobil alovlara qərq oldu – VİDEO
Hazırda oxunan: Sumqayıtda AĞIR QƏZA – Avtomobil alovlara qərq oldu – VİDEO
590471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































