Polis Göyçayda əməliyyat keçirdi – TUTULAN VAR - FOTO

Hazırda oxunan: Polis Göyçayda əməliyyat keçirdi – TUTULAN VAR - FOTO

590466

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında mənzilə daxil olan naməlum şəxs kəsici alətlə ev sahibinə hədə-qorxu gələrək ondan pulların yerini deməsini tələb edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana da aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin