Arıqlama iynələrinin istifadəsini dayandırmaq çəki artımını 4 dəfə sürətləndirir

Hazırda oxunan: Arıqlama iynələrinin istifadəsini dayandırmaq çəki artımını 4 dəfə sürətləndirir

590441

Oksford Universitetinin tədqiqatçıları arıqlama dərmanlarından (semaglutid və tirzepatid) istifadə edən insanların iynələri dayandırdıqdan sonra pəhriz saxlayanlara nisbətən dörd dəfə daha tez çəki qazandığını aşkar ediblər.

Bizim.Media xəbər verir ki, tədqiqat göstərir ki, dərmanlarla müalicə zamanı itirilən çəki dayandırıldıqdan təxminən 20 ay sonra geri qayıdır.

Xüsusilə Wegovy və Mounjaro istifadəçiləri müalicə zamanı orta hesabla 15 kiloqram arıqlayır, lakin bir il ərzində 10 kiloqram çəkilərini bərpa edirlər. Çəki artımı ayda 0,8 kiloqrama qədər sürətlənir.
 

Tədqiqatçılar vurğulayırlar ki, piylənmə xroniki və təkrarlanan xəstəlikdir və arıqlama dərmanlarının dayandırılması nəticəsində iştahaya nəzarət zəifləyir, çəki artımı sürətlənir. Sağlam qidalanma və fiziki fəaliyyətlə müşayiət olunan uzunmüddətli proqramlar isə çəkini daha uzun müddət qorumağa imkan verir.


Dr. Syuzan Cebb bildirib ki, müalicənin davamlılığı faydaların qorunması üçün vacibdir və piylənmə üçün ömürlük yanaşma lazım ola bilər.

Tədqiqat Böyük Britaniyada 1,6 milyon yetkinin GLP-1 dərmanlarından istifadə etdiyini, ABŞ-da isə hər səkkiz yetkindən birinin həyatının müəyyən dövründə bu dərmanlardan istifadə etdiyini göstərir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin