Lənkəranda avtobus sürücüsünün meyiti TAPILDI

Hazırda oxunan: Lənkəranda avtobus sürücüsünün meyiti TAPILDI

590420

Lənkəran rayonunda avtobus sürücüsünün meyiti aşkar edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb.
 

Kənd sakini Tofiq Abbasovun meyiti onun idarə etdiyi avtobusun salonunda tapılıb. İlkin məlumata görə, sürücü Şıxakəran–Lənkəran marşrutu üzrə işini başa vurduqdan sonra avtobusu yaşadığı evin həyətinə gətirib. Naməlum səbəbdən o, nəqliyyat vasitəsinin içərisində vəfat edib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Tofiq Abbasovun ölüm səbəbi aparılacaq məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin