Fuad Qəhrəmanlı DTX-yə çağırıldı- “Boz kardinal”ın işinə görə

Hazırda oxunan: Fuad Qəhrəmanlı DTX-yə çağırıldı- “Boz kardinal”ın işinə görə

590407

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb.

Bizim.Media xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb.
 

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”, - o qeyd edib.


Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi cinayətlərdə təqsirləndirilir. “Boz kardinal” hazırda ev dustaqlığında saxlanılır. (Mənbə: Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin