Səhər yeməyi günün ən vacib qida qəbuludur.
Bizim.Media xəbər verir ki, dietoloqlar səhər üçün ən zərərli hesab edilən məhsulların TOP-10 siyahını təqdim ediblər.
Siyahını təqdim edirik:
1. Əridilmiş pendir - Standartlara cavab verməyən bərk pendirdən hazırlanır. Emal zamanı faydalı maddələrini itirir və tərkibində artıq yağlar yaranır.
2.Suxari və çipslər - Bu qəlyanaltılar çoxlu kimyəvi qatqılar və şübhəli yağlar ehtiva edir.
3. İdxal meyvələri - Daşınmadan sonra yetişməsini sürətləndirmək üçün kimyəvi maddələrlə emal olunur.
4. Kəsmikli batonlar (desertlər) - Çox vaxt bitki yağları, şəkər, qatılaşdırıcılar və ətirləndiricilərin qarışığından ibarət olur.
5. Hazır alınan quru meyvələr - Kimyəvi maddələrlə işlənir. Ev şəraitində hazırlanmış quru meyvələrə üstünlük vermək daha yaxşıdır.
6. Kolbasa məmulatları - Dietoloqlar dəfələrlə bu məhsulların mədə-bağırsaq xəstəlikləri və hətta xərçəng riskini artırdığını bildiriblər.
7. Tez hazırlanan səhər yeməkləri - Əsas tərkibi nişasta, şəkər və süni vitaminlərdir.
8. Tez bişən sıyıqlar - Zavod termiki emalından sonra taxıllar faydalı tərkibini itirir: yavaş karbohidratlar sürətli karbohidratlarla əvəz olunur.
9. Müsli (dənli bitkilərdən hazırlanmış yeməkdir) - Yuxarıdakı arqumentlər onlar üçün də keçərlidir. Tərkibində şirinləşdiricilər, şübhəli quru meyvələr və ətirvericilər olur.
10. Paketlənmiş şirələr - Əksər hallarda konsentratlaşdırılmış şirədən və qurudulmuş meyvə pulpasından bərpa olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:40 / 12.01.2026
Zərərli səhər yeməklərinin SİYAHISI - Onlardan uzaq durun…
Hazırda oxunan: Zərərli səhər yeməklərinin SİYAHISI - Onlardan uzaq durun…
Hazırda oxunan: Zərərli səhər yeməklərinin SİYAHISI - Onlardan uzaq durun…
590402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































