SMS kodlarını paylaşmayın! - İKTA-dan XƏBƏRDARLIQ

Hazırda oxunan: SMS kodlarını paylaşmayın! - İKTA-dan XƏBƏRDARLIQ

590381

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları SMS-lə göndərilən birdəfəlik təsdiq kodları (OTP) ilə bağlı artan dələduzluq halları barədə xəbərdar edir.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, son təhlillər göstərir ki, bank və mesajlaşma tətbiqlərinə icazəsiz giriş hallarının əsas səbəbi təhlükəsizlik kodlarının üçüncü şəxslərlə paylaşılmasıdır.
 

İKTA bildirir ki, heç bir bank, dövlət qurumu, mobil operator və ya mesajlaşma tətbiqi istifadəçidən SMS kodunu tələb etmir. Belə zənglər və mesajlar dələduzluq məqsədi daşıyır.


İKTA vətəndaşları aşağıdakı tövsiyələrə əməl etməyə çağırır:

• Cihazınıza göndərilən kodları (SMS, OTP) heç kimlə paylaşmayın;

• Şübhəli linklərə daxil olmayın və şəxsi məlumat verməyin (xüsusən sizə e-maillə göndərilən və ya təkidlə məsləhət bilinən);

• SMS əvəzinə, tətbiq üzərindən ikifaktorlu təsdiqləməni aktiv edin (Two-Step Verification, push bildirişlər və s.);

• Cihazlarınıza (mobil telefon, planşet, kompüter) naməlum mənbələrdən tətbiqlər yükləməyin;

• Şübhəli fəaliyyət gördükdə dərhal bank və mobil operatorla əlaqə saxlayın.

Agentlik bəyan edir ki, təhlükəsizlik yalnız texniki vasitələrlə deyil, həm də sizin diqqət və davranışınızla təmin olunur. Şəxsi məlumatlarınızı qoruyun!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin