Azərbaycan dilinin Orfoqrafiya lüğətinin yenidən tərtibatı və təkmilləşdirilmiş formada çapı illərdir yubanır. Hələ 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən lüğətin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanıldığı, həmçinin təkmilləşdirilmiş formada yeni lüğətin çap olunması nəzərdə tutulmuşdu. Amma 4 il keçməsinə baxmayaraq bu məsələ ilə bağlı yenilik yoxdur.
Məsələ ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, Orfoqrafiya lüğəti bu ilin plannındadır və çap olunacaq:
“Bu çox böyük məsələdir. Lüğət ictimai müzakirəyə verilməyəcək və institut daxilində müzakirə olunacaq. Bu il çap olunacaq, amma belə tələm-tələsik olmaz.
Çünki cənab Prezidentin noyabrın 3-də Dilçilik İnstitutununda görüşündə, yanvarın 5-də milli televiziyalara verdiyi müsahibəsində bəzi məsələlər oldu ki, biz onlara daha diqqətlə yanaşmalıyıq. Orada ola bilər ki, artıq sözlər var və onları çıxdaş edəcəyik, yenidən baxıb tənzimləyəcəyik”, - deyə Nadir Məmmədli əlavə edib.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:20 / 13.01.2026
4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: 4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: 4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA
590379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































