Bir gündə 32 yeraltı TƏKAN – Dağıdıcı zəlzələ GÖZLƏNİLİR?

Hazırda oxunan: Bir gündə 32 yeraltı TƏKAN – Dağıdıcı zəlzələ GÖZLƏNİLİR?

590375

“Azərbaycanda ötən gecə 32 yeraltı təkan qeydə alınıb”.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli son iki gün Şamaxıda ardıcıl baş verən zəlzələlər haqqında Bizim.Media-ya danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

8 yanvarda dağıdıcı zəlzələ PANİKASI – Qurban Yetirmişlidən MÜHÜM AÇIQLAMA


O bildirib ki, ümumilikdə isə Azərbaycanın sərhəd zonası daxil olmaqla 44 zəlzələ baş verib.

“Onların içərisində hiss olunanı olmayıb. Bunlar heç biri qorxulu deyil. Yaxın günlər üçün maqnitudası 6 və ya 6-dan yuxarı zəlzələ gözlənilmir. Dağıdıcı zəlzələ ehtimalı yoxdur. O da yeraltı təkanların dərinliyinə baxır, yəni Xəzərdə olarsa, Sahildə yaşayış məntəqələrini yaxşı silkələyə bilər, amma dağıntı olmaz. Amma 6 maqnituda 8-10 kilometr dərinlikdə baş versə, çox sayda dağıntı ola bilər”.

Onun sözlərinə görə, ötən il 65 ədəd maqnitudası 3 baldan yuxarı olan yeraltı təkan qeydə alınıb. Onun da 19-u hiss olunub.


Qeyd edək ki, yanvar ayının 10-u və 11-i gecə Şamaxıda yeraltı təkanlar qeydə alınıb. Onlardan biri 3,8, digəri isə 3 maqnitudada olub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin